Smart iD

Avtomobil nişanı: sahibinə bir skanla çatın

Smart ID avtomobil nişanı maşınınızın şüşəsinə yapışdırılan QR (istəyə görə NFC) əlaqə nişanıdır. Maşınınız yolu bağlayıbsa, işıqları açıq qalıbsa və ya kiminsə sizinlə təcili əlaqə saxlaması lazımdırsa, nişanı telefonla skan edən şəxs bir neçə saniyədə sizinlə əlaqə qura bilir — heç bir tətbiq quraşdırmadan.

Smart ID avtomobil nişanı necə işləyir?

Qeydiyyatdan keçirsiniz, avtomobilinizin markasını və dövlət nömrəsini əlavə edirsiniz və nişan sifariş edirsiniz. Nişan şüşəyə yapışdırılandan sonra hər kəs telefonun kamerası ilə QR kodu oxudaraq sizin seçdiyiniz əlaqə üsullarını görür.

Siz özünüz seçirsiniz: zəng, WhatsApp, Telegram, Instagram, email və ya tam anonim mesaj. Telefon nömrənizi heç göstərməməyi də seçə bilərsiniz — bu halda skan edən şəxs yalnız anonim mesaj yazır, siz isə cavabı portaldan verirsiniz.

Niyə Smart ID?

  • Tətbiq tələb olunmur: istənilən telefonun kamerası kifayətdir.
  • Məxfilik sizin əlinizdədir: nömrənizi göstərmək və ya gizlətmək seçimi sizindir.
  • Bir hesabda limitsiz avtomobil: hər biri üçün ayrıca nişan və əlaqə qaydaları.
  • Nişan itəndə və ya oğurlananda kabinetdən dərhal bloklayıb yenisini sifariş edirsiniz.
  • Azərbaycan dilində kabinet, ödəniş və dəstək (WhatsApp).

Qiymətlər

  • İlk nişan: xidmətin aktivləşdirilməsi cəmi 1 AZN.
  • Əlavə avtomobil: 2 AZN (əlavə avtomobil üçün nişan).
  • Aylıq xidmət haqqı: 1 AZN / ay (hər aktiv avtomobil üçün); ödənişdən sonrakı ilk ay hədiyyə.
  • 9.99 AZN (NFC əlavəsi). Bakı daxili çatdırılma 5 AZN (NFC ilə birlikdə pulsuz).

Tez-tez verilən suallar

Smart ID avtomobil nişanı nə qədərdir?

1 AZN ödəyib Smart ID nişanının sahibi olursunuz: xidməti aktivləşdirmək üçün cəmi 1 AZN ödənilir, ödənişdən sonrakı ilk ay hədiyyədir. Əlavə avtomobil üçün nişan 2 AZN, aylıq xidmət haqqı hər avtomobil üçün 1 AZN-dir.

Nişanı skan etmək üçün tətbiq lazımdırmı?

Xeyr. Telefonun adi kamerası QR kodu oxuyur və əlaqə səhifəsi brauzerdə açılır.

Nişan itərsə və ya oğurlanarsa nə edim?

Kabinetdən nişanı 'itib' və ya 'oğurlanıb' işarələyirsiniz — köhnə kod dərhal bloklanır və yeni nişan sifariş edə bilərsiniz.

Smart ID nişanını indi sifariş edin

Qeydiyyat pulsuzdur, ilk ay xidmət haqqı tutulmur.

Qeydiyyatdan keç