Smart iD

Avtomobil nişanı necə sifariş edilir? Addım-addım bələdçi

Smart ID nişanını sifariş etmək bir neçə dəqiqə çəkir: telefon və bank kartından başqa heç nə lazım deyil. Bütün addımlar smartid.az saytında, Azərbaycan dilində aparılır.

1. Qeydiyyat

smartid.az saytında «Qeydiyyatdan keç» düyməsinə basın, telefon nömrənizi daxil edin və SMS ilə gələn kodu təsdiq edin. Qeydiyyat zamanı istifadə şərtlərini təsdiq edirsiniz. Promokodunuz varsa, onu həmin addımda yaza bilərsiniz.

2. Avtomobili əlavə edin

Kabinetdə avtomobilin markasını, modelini və dövlət nömrəsini əlavə edirsiniz. Bir hesabda bir neçə avtomobil saxlaya bilərsiniz; hər biri üçün ayrıca nişan və ayrıca əlaqə qaydaları olur.

3. Əlaqə üsullarını seçin

Nişanı skan edən şəxsin nəyi görəcəyini siz seçirsiniz: zəng, WhatsApp, Telegram, Instagram, email və ya yalnız anonim mesaj. Sonradan istənilən vaxt kabinetdən dəyişə bilərsiniz.

4. Ödəniş

  • İlk nişan: xidmətin aktivləşdirilməsi cəmi 1 AZN.
  • Aylıq xidmət haqqı: 1 AZN / ay (hər aktiv avtomobil üçün); ödənişdən sonrakı ilk ay hədiyyə.
  • İstəsəniz 9.99 AZN (NFC əlavəsi) ödəyərək nişana NFC də əlavə edə bilərsiniz.
  • Ödəniş bank kartı ilə, 3D Secure təhlükəsizliyi ilə edilir. Kartınız yadda saxlanılır və aylıq haqq avtomatik tutulur, kartı kabinetdən istənilən vaxt silə bilərsiniz.

5. Nişanı alın və yapışdırın

Nişanı götürə və ya Bakı daxilində ünvanınıza çatdırılmasını seçə bilərsiniz. Bakı daxili çatdırılma 5 AZN (NFC ilə birlikdə pulsuz). Çatdırılma sifarişi ödənişdən sonra 1-3 gün ərzində həyata keçirilir.

Nişanı aldıqdan sonra telefonla skan edib öz avtomobilinizə bağlayırsınız, sonra şüşənin daxilindən təmiz və quru yerə yapışdırırsınız.

Tez-tez verilən suallar

Qeydiyyat pulsuzdurmu?

Bəli. Qeydiyyat pulsuzdur, qeydiyyatdan sonra ilk ay xidmət haqqı tutulmur.

Nişan neçə günə hazır olur?

Çatdırılma seçilibsə ödənişdən sonra 1-3 gün ərzində Bakı daxilində ünvana çatdırılır.

Nişanı hansı şüşəyə yapışdırmaq lazımdır?

Ön və ya arxa şüşənin daxilindən, kənardan oxunacaq təmiz və quru sahəyə. Avtomobilin markasından asılı deyil.

Smart ID nişanını indi sifariş edin

Qeydiyyat pulsuzdur, ilk ay xidmət haqqı tutulmur.

Qeydiyyatdan keç