Məxfilik Siyasəti
Son yenilənmə: 2026-10-05
Smart ID ("biz", "bizim") avtomobil sahiblərini QR/NFC nişanı vasitəsilə skan edən şəxslərlə anonim əlaqələndirən xidmətdir (smartid.az, veb kabinet və Android/iOS tətbiqləri). Bu sənəd, xidmətdən istifadə edərkən hansı məlumatları topladığımızı, necə istifadə etdiyimizi və hüquqlarınızı izah edir.
1. Topladığımız məlumatlar
- Hesab yaradarkən: ad, soyad, telefon nömrəsi, email, şifrə (heç vaxt açıq mətn kimi saxlanılmır — yalnız bcrypt ilə hash olunmuş formada).
- İstəyə bağlı profil məlumatları: profil şəkli, cins (anonim avatar üçün), dil seçimi, WhatsApp/Telegram/Instagram istifadəçi adları.
- Avtomobil məlumatları: avtomobilin adı, dövlət qeydiyyat nömrəsi, şəkli.
- Ödəniş qeydləri: məbləğ, provayder, invoys nömrəsi. Tam kart nömrəsi HEÇ VAXT bizim serverlərimizdə saxlanılmır — yalnız kartın növü, son 4 rəqəmi və ödəniş provayderinin təhlükəsiz saxladığı kart identifikatoru (avtomatik aylıq ödəniş üçün; istənilən vaxt kabinetdən silinə bilər).
- Anonim mesajlar: nişanınızı skan edən şəxslərin sizə göndərdiyi mesajlar (göndərənin adı istəyə bağlıdır, əlaqə məlumatı tələb olunmur).
- Push bildiriş tokeni: mobil tətbiqdə bildiriş göndərmək üçün cihazınızın anonim bildiriş identifikatoru.
- Texniki qeydlər: admin panelindəki hərəkətlərin audit qeydi (kim, nə vaxt, nə dəyişdi) — yalnız sistem təhlükəsizliyi üçün.
2. Məlumatlardan necə istifadə edirik
- Hesabınızı yaratmaq və idarə etmək, QR/NFC nişanınızı fəallaşdırmaq.
- Nişanınızı skan edən şəxslə seçdiyiniz kanal (zəng, WhatsApp, Telegram, Instagram, email və ya anonim mesaj) vasitəsilə əlaqə qurmaq.
- Ödənişləri emal etmək və qəbz/tarixçə göstərmək.
- Xidmətin bitmə tarixi kimi vacib bildirişləri göndərmək (push, SMS, email və ya WhatsApp — seçiminizə görə).
- Xidməti təhlükəsiz saxlamaq (fırıldaqçılığın qarşısını almaq, sistem sağlamlığını izləmək).
3. Məlumatların paylaşılması
- Məlumatlarınızı HEÇ VAXT satmırıq. Yalnız ictimai səhifələrdə reklam ölçümü üçün Meta Pixel istifadə olunur (bax: 9-cu bölmə).
- Telefon nömrəsi, WhatsApp, Telegram, Instagram və email — YALNIZ sizin özünüzün açıq şəkildə göstərməyi seçdiyiniz kanallar QR/NFC skan səhifəsində görünür. Bunu istənilən vaxt kabinetinizdən dəyişə və ya tamamilə gizlədə bilərsiniz.
- Ödənişlər üçün etibarlı ödəniş provayderlərindən istifadə edilir; onlar yalnız əməliyyatı tamamlamaq üçün lazım olan minimal məlumatı görür.
4. Məlumatların saxlanması
- Hesabınızı sildikdə, şəxsi məlumatlarınız ("soft delete") deaktiv edilir və QR/NFC nişanınızın public linki dərhal bloklanır.
- Maliyyə qeydləri (ödəniş tarixçəsi) qanuni mühasibat tələbləri səbəbindən silinmir, lakin şəxsi əlaqə üçün istifadə olunmur.
- Qeydiyyatı yarımçıq qoyduğunuz halda (nömrənizi daxil edib prosesi bitirmədiyiniz hallarda) nömrəniz, qeydiyyatın hansı addımda dayandığı və trafik mənbəyi (məsələn, reklam) bizə kömək göstərmək və xidməti yaxşılaşdırmaq üçün 180 gün saxlanılır, sonra avtomatik silinir.
- Saytın anonim istifadə statistikası (hansı səhifələrə baxılıb, qeydiyyat və əlaqə düymələrinə klik, trafik mənbəyi, cihaz növü) ad, telefon və ya IP ünvanı olmadan, yalnız ümumi hesabatlar üçün toplanır və 180 gün saxlanılır.
- Instagram və TikTok hesablarımıza göndərdiyiniz mesajlar (mətn və göndərənin hesab identifikatoru) suallarınızı cavablandırmaq üçün işlənir. Cavablar süni intellekt köməyi ilə hazırlana bilər; mürəkkəb və ya həssas sorğular əməkdaşımıza ötürülür. Bu mesajlar yalnız bizə ilk yazdığınız halda cavablandırılır, reklam və ya satış üçün üçüncü şəxslərə verilmir, yalnız administratorlarımıza açıqdır və 180 gün saxlanıldıqdan sonra silinir. Bu söhbətlərdə heç vaxt kart nömrəsi və ya şifrə istəmirik. İstənilən vaxt [email protected] ünvanına yazaraq söhbətinizin silinməsini tələb edə bilərsiniz.
5. Təhlükəsizlik
- Bütün əlaqə HTTPS/TLS ilə şifrələnir.
- Şifrələr heç vaxt açıq mətn kimi saxlanılmır (bcrypt hash).
- Admin panelinə giriş rol-əsaslı icazə sistemi ilə məhdudlaşdırılıb, kritik əməliyyatlar üçün əlavə PIN tələb olunur.
6. Sizin hüquqlarınız
- Şəxsi məlumatlarınıza baxmaq, onları düzəltmək və ya hesabınızı silmək hüququnuz var — bunları kabinetinizdən özünüz edə bilərsiniz və ya bizə yaza bilərsiniz.
- İstənilən vaxt bildiriş kanallarını (push/SMS/email/WhatsApp) kabinetinizdən söndürə bilərsiniz.
7. Ödənişlər və geri qaytarma
- Ödənişlər etibarlı ödəniş provayderləri vasitəsilə emal olunur — tam kart nömrəniz HEÇ VAXT bizim serverlərimizdə saxlanılmır (yalnız kartın növü və son 4 rəqəmi).
- Geri qaytarma şərtləri (hansı hallarda, necə və hansı müddətdə) ayrıca Geri Qaytarma Siyasətimizdə (smartid.az/refund-policy) ətraflı izah olunub.
8. Uşaqların məxfiliyi
- Xidmətimiz 16 yaşdan kiçik şəxslər üçün nəzərdə tutulmayıb və onlardan bilə-bilə məlumat toplamırıq.
9. Analitika və reklam ölçümü (Meta Pixel)
- Saytın ictimai səhifələrində (ana səhifə, məlumat səhifələri, qeydiyyat) reklam kampaniyalarının nəticəsini ölçmək üçün Meta (Facebook/Instagram) Pixel istifadə olunur. O, səhifə baxışları, qeydiyyatın tamamlanması və ödənişin uğurla bitməsi kimi ümumi hadisələri Meta-ya ötürür.
- Pixel QR skan səhifələrində, kənar ödəniş səhifəsində, şifrə sıfırlama və admin hissələrində YÜKLƏNMİR. Kart nömrəsi, parol və ya mesaj məzmunu heç vaxt göndərilmir. Meta-nın reklam tənzimləmələrindən şəxsiləşdirilmiş reklamı söndürə bilərsiniz.
10. Bu siyasətə dəyişikliklər
- Bu sənəd zaman-zaman yenilənə bilər. Əhəmiyyətli dəyişikliklər olduqda, kabinetinizdə və ya email vasitəsilə xəbərdar edəcəyik.
11. Əlaqə
- Suallarınız varsa: [email protected] və ya +994 70 344 01 61 (WhatsApp).
