Nömrəsiz zəng
Sizinlə əlaqə saxlamaq istəyən şəxs telefon nömrənizi görmədən zəng edə bilər. Şəxsi nömrəniz gizli qalır.
Avtomobillər üçün yeni nəsil əlaqə nişanı. Ön şüşəyə yerləşdirilən nişan QR kod və NFC vasitəsilə başqalarının sizinlə asanlıqla əlaqə saxlamasına imkan verir.

QR kod və ya NFC: skan edin və ya toxundurun
Sizinlə əlaqə saxlamaq istəyən şəxs telefon nömrənizi görmədən zəng edə bilər. Şəxsi nömrəniz gizli qalır.
QR və ya NFC ilə nömrənizi görmədən daxili mesaj göndərmək olar. Siz də nömrənizi paylaşmadan cavab verirsiniz.
Instagram, Telegram və WhatsApp hesablarınızı əlavə edin. Nişanı skan edən şəxs birbaşa keçid edə bilər.
Qan qrupunu profildə qeyd edin. Qəza və fövqəladə halda faydalı ola bilər, yalnız sizin icazənizlə göstərilir.
Əvvəlcədən qeyd etdiyiniz yaxın şəxsə xəbər çatdırmaq mümkün olur. Yaxınlarınız hadisədən tez xəbər tutur.
Xüsusi xəstəlik kimi vacib sağlamlıq məlumatlarını yazın. Yalnız sizin icazənizlə və təcili hal təsdiqlənəndə açılır.
Digər Smart ID istifadəçiləri ilə ünsiyyət qurun, avtomobillərlə bağlı fikir və məlumat paylaşın.
Lazım olan hissə üçün sorğu yaradın, digər istifadəçilərlə məlumat paylaşın və uyğun təklif tapın.
Park yerinizi xəritədə saxlayın, sığorta kimi vacib məlumatları bir yerdə tutun və vaxtı yaxınlaşanda xatırlatma alın.
Nişanı ödəniş edib sifariş etmisiniz? Sifariş üçün təlimat