Smart iD
Sifarişiniz üçün

Nişanı təhvil alın və quraşdırın

Ödənişiniz üçün təşəkkür edirik. Nişanınız hazır olanda sizə mesaj gəlir. Götürün, təsdiqləyin və şüşəyə yapışdırın.

Nişanı necə alırsınız?

Ofisdən götürürəm

Sifariş hazır olanda WhatsApp və ya kabinetinizə bildiriş gəlir. Mesaj gəldikdən sonra ofisə gəlib nişanı götürə bilərsiniz.

  • Ünvan: Galaxy Technology, Vladimir Mayakovski küçəsi, Bakı
  • İş saatları: həftə içi və şənbə 12:00–20:00
Xəritədə aç

Çatdırılma seçmişəm

Nişan kuryer və ya poçtla göndərilir. Göndəriləndə izləmə məlumatı mesajla gəlir. Qapınıza çatanda aşağıdakı addımlara keçin.

QR (NFC-siz) nişanı təhvil məntəqələrindən əldə edə bilərsiniz. NFC-li nişan məntəqələrdə verilmir — yalnız baş ofisdən və ya çatdırılma ilə. Təhvil məntəqələri

Aldıqdan sonra 4 addım

  1. 1

    Kabinetinizə daxil olun

    smartid.az saytında və ya tətbiqdə sifariş verdiyiniz telefon nömrəsi ilə daxil olun, «Avtomobillərim» bölməsinə keçin.

  2. 2

    Nişanı təsdiqləyin

    Avtomobilin kartında «Nişanı Skan Et» düyməsini basın və kameranı əlinizdəki kartın QR koduna tutun. Bu, nişanın sizə çatdığını təsdiqləyir və nişanı hesabınıza bağlayır.

  3. 3

    Təmizləyin və yapışdırın

    Ön şüşənin daxili tərəfində yeri quru və yağsız edin. Kartı görünən, sürücünün baxışını kəsməyən bir küncə yapışdırın və bir neçə saniyə basılı saxlayın.

  4. 4

    Yoxlayın

    Telefonun adi kamerası ilə nişanı skan edin. Avtomobilinizin əlaqə səhifəsi açılırsa, hər şey hazırdır.

Vacib

  • Nişanı təsdiqləmək üçün kabinetdəki «Nişanı Skan Et» düyməsindən istifadə edin, bu sifarişi tamamlayır.
  • NFC-li nişan sizin üçün əvvəlcədən hazırlanıb: yenə də eyni düymə ilə təsdiqləyin.
  • Nişan şüşənin DAXİLİNDƏN yapışdırılır ki, kənardan görünsün.

Xidmət haqqı necə işləyir?

Ödənişdən sonrakı ilk ay hədiyyədir. Sonra nişanın aktiv qalması üçün ayda cəmi 1 AZN xidmət haqqı var: kabinetdəki balansdan çıxılır. Balansı istənilən vaxt kartla artıra, və ya 3/6/12 aylıq paketi əvvəlcədən ala bilərsiniz.

Balansı idarə et

Tez-tez verilən suallar

Sifarişim hazır olub-olmadığını necə biləcəm?

Hazır olanda WhatsApp və ya kabinetinizə bildiriş gəlir. Bildiriş gəlməmiş ofisə getməyin.

Nişanı itirsəm nə etməliyəm?

Kabinetdən nişanı dərhal bloklayır və yenisini sifariş edirsiniz. Köhnə nişan artıq işləməz.

Smart ID nələr edir?Funksiyalarla tanış olunNişanı hədiyyə zərfində almısınız?Hədiyyə nişanı təlimatı